Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, sürücü ölüb

Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, sürücü ölüb Xilasedicilər avtomobildə sıxılıb qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Hadisə
29 Aprel , 2015 08:40
Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, sürücü ölüb

Bakı. 29 aprel. REPORT.AZ/ Səhər saatlarında Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes"in sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılıb qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi