Bakı-Qazax yolunda 2 yük maşını toqquşub, 1 ölü

Bakı-Qazax yolunda 2 yük maşını toqquşub, 1 ölü Sürücülərdən birisi ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib
Hadisə
15 Fevral , 2015 10:00
Bakı-Qazax yolunda 2 yük maşını toqquşub, 1 ölü

Bakı. 15 fevral. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı 2 yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:49-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi