Bakı polisi üç ay əvvəl itkin düşmüş qızı tapıb

Bakı polisi üç ay əvvəl itkin düşmüş qızı tapıb O, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib
Hadisə
1 Noyabr , 2014 12:18
Bakı polisi üç ay əvvəl itkin düşmüş qızı tapıb
Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı polisi təxminən üç ay əvvəl itkin düşmüş qızı tapıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu E.Mehdiyev küçəsində yaşayan Elnarə Abdullayeva tapılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.

Qeyd edək ki, E.Abdullayeva bu il iyulun 20-də saat 08:00 radələrində itkin düşüb.

Son xəbərlər

Orphus sistemi