Bakı polisi itkin düşmüş 13 yaşlı qızı və 42 yaşlı qadını tapıb

Bakı polisi itkin düşmüş 13 yaşlı qızı və 42 yaşlı qadını tapıb Qadınlardan birini polis 24 gün, digərini isə 7 gün idi ki, axtarırdı
Hadisə
17 Noyabr , 2014 13:05
Bakı polisi itkin düşmüş 13 yaşlı qızı və 42 yaşlı qadını tapıb
Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda ailələri tərəfindən itkin düşən kimi axtarılan iki nəfər tapılaraq yaxınlarına təhvil verilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, oktyabrın 23-də saat 13:40 radələrində, itkin düşən, Sulutəpə qəsəbə sakini, 2001-ci il təvəllüdlü Mənsurə Abışova evə qayıdıb. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində isə, noyabrın 10-da saat 17:30 radələrində, itkin düşən, Ramana qəsəbə sakini 1972-ci il təvəllüdlü Tamilla Poladova evə qayıdıb.

Son xəbərlər

Orphus sistemi