​Bakı polisi cibgir tutub - FOTO

​Bakı polisi cibgir tutub - FOTO Onu tanıyanlardan, başqa təhlükəli əməllərinin şahidi olanlardan, əməllərindən zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur
Hadisə
2 Oktyabr , 2015 12:06
​Bakı polisi cibgir tutub - FOTO

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunan 1986-cı il təvəllüdlü Nəzərov Ramal Şahmar oğlu müəyyən olunaraq tutulub.

Bu barədə “Report”a BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən, içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla təhlükəli əməllərini davam etdirib.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Baş Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi