Bakı. 22 mart. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb olunub.
Onlar liftin qapısını açaraq vətəndaşların oradan çıxmasına şərait yaradıblar.