​Mayın 9-da Bakı Olimpiya Stadionu ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

​Mayın 9-da Bakı Olimpiya Stadionu ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Məhdudlaşdırma 12:00-dan 19:00-a qədər davam edəcək
Hadisə
7 May , 2015 17:12
​Mayın 9-da Bakı Olimpiya Stadionu ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. 7 may. REPORT.AZ/ Mayın 9-da Bakı Olimpiya Stadionunun hazırlıq vəziyyətinin sınaqdan keçirilməsi səbəbindən ətraf ərazilərdən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

"Report"un məlumatına görə, şəhər sakinləri saat 12:00-dan 19:00-a qədər həmin ərazidə nəqliyyatdan istifadə edə bilməyəcək.

İctimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi