Bakı. 16 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.