​Bakıda və Lənkəranda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

​Bakıda və Lənkəranda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib Hadisə yerlərinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib
Hadisə
7 Yanvar , 2015 21:28
​Bakıda və Lənkəranda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib
Bakı. 6 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Digər hadisə Bakı şəhərində qeydə alınıb. Paytaxtın Nizami rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi