"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın haqqında məlumat Bakıdan daxil olub.
Şəhərin Xəzər rayonu ərazisində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin zirzəmisinə yığılmış qarışıq mallar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Digər hadisə İmişlidə qeydə alınıb. Şəhərdə vətəndaşa məxsus kürsülü birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.