​Bakıda ev yanıb, ev sahibi xəsarət alıb

​Bakıda ev yanıb, ev sahibi xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Mart , 2016 13:10
​Bakıda ev yanıb, ev sahibi xəsarət alıb

Bakı. 8 mart. REPORT.AZ/ Bakı şəhərində ev yanıb, ev sahibi xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, martın 7-də saat 23:00 radələrində paytaxtın Xətai rayonunun Naximov küçəsində Bakı şəhər sakini Süsən Mehdiyevanın evində yanğın baş verib.

Nəticədə, 15 kv. metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S.Mehdiyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi