Bakı. 21 iyul. REPORT.AZ/ Bakı bulvarında 6 nəfər Hacıqabul sakinlərinə qarşı quldurluq edib.
“Report”un xəbərinə görə, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, “Milli park”ın ərazisində 6 naməlum şəxs Hacıqabul rayon sakinləri Kənan Cəlilovu və Fariq Cəfərzadəni bıçaqla hədələyib pul vermələrini tələb edib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əziz Əsgərov, Təbriz Tağıyev, Sadiq İsmayılov, İlqar Əliyev, Faiq Həşimov və Yadulla Abdullayev tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.