​Bakı və Balakəndə yanğın hadisələri baş verib

​Bakı və Balakəndə yanğın hadisələri baş verib Yanğınlar FHN-in əməkdaşları tərəfindən söndürülüb
Hadisə
8 Yanvar , 2015 04:04
​Bakı və Balakəndə yanğın hadisələri baş verib
Bakı. 8 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin 1 otağında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

FHN-in məlumatına görə, digər yanğın hadisəsi Balakən rayonu, Yeni Şərif kəndində, rayon mərkəzindən 22 km aralıda qeydə alınıb. Yerli vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi