​“Bakcell” MMC-dən oğurluq olub

​“Bakcell” MMC-dən oğurluq olub Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır
Hadisə
2 Mart , 2015 16:49
​“Bakcell” MMC-dən oğurluq olub

Bakı. 2 mart. REPORT.AZ/ “Bakcell” MMC şirkətinə məxsus ötürücü stansiyaların yerləşdiyi ərazidən oğurluq olub.

MMC-dən “Report”a bildirilib ki, ərazidən kommunikasiya batareyalarının oğurlanmasında şübhəli hesab olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində tutulub. Həbs olunan şəxslər öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır.

Son xəbərlər

Orphus sistemi