​Bakıda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

​Bakıda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib Hadisə yerlərinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib
Hadisə
19 Dekabr , 2014 04:10
​Bakıda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib
Bakı. 19 dekabr. REPORT.AZ/ Paytaxtda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veriri ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ediblər.

Digər hadisə isə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Burada yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan 2 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib.

Son xəbərlər

Orphus sistemi