Bacısının başını kəsən qızın məhkəməsi keçirilib

Bacısının başını kəsən qızın məhkəməsi keçirilib Eldar İsmayılovun sədrliyi ilə proses qapalı şəraitdə olub
Hadisə
20 Oktyabr , 2015 12:30
Bacısının başını kəsən qızın məhkəməsi keçirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1993-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın qətlində təqsirləndirilən bacısı, 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyevanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə proses qapalı şəraitdə olub.

Məhkəmə davam etdiriləcək.

Xatırladaq ki, hazırlıq iclasında Nuriyeva bacılarının prosesdə iştirak edən atası Etibar Nuriyev növbəti prosesin qapalı keçirilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi