Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayıb

Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayıb Etibar Nuriyev növbəti prosesin qapalı keçirilməsini istəyib
Hadisə
15 Oktyabr , 2015 11:39
Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1993-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın qətlində təqsirləndirilən bacısı, 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyevanın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nuriyeva bacılarının prosesdə iştirak edən atası Etibar Nuriyev növbəti prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi