Bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı yekunlaşıb Prokuror çıxış üçün vaxt istəyib
Hadisə
28 Sentyabr , 2016 15:16
Bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Seyid Mirəli Seyid Kamil oğlu Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində baş verib. 1991-ci il təvəllüdlü S.Cavadovun bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas ediblər. Hadisəni törətməkdə şübhəli bilinən S.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Belə ki, M.Cavadovla nikahdan iki övladı olan İ.Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb. Daha sonra İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı S.Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarətlər yetirib. S.Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi