​Babək prospektində zərcirvari qəza baş verib

​Babək prospektində zərcirvari qəza baş verib Qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb
Hadisə
12 Fevral , 2015 06:05
​Babək prospektində zərcirvari qəza baş verib

Bakı. 12 fevral. REPORT.AZ/ Bakının Xətai rayonu Babək prospektində 5 avtomobilin iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Opel" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Nəticədə nəqliyat vasitəsi əvvəlcə yol kənarında dayanan "Ford" markalı mikroavtobusa , o da öz növbəsində “Ford Renas” markalı maşına, daha sonra isə “Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə bununla bitməyib. Zərbənin təsirindən "Mercedes" də qarşısında dayanan "BMW-X5" markalı minik avtomobilinə dəyib. Qəza zamanı "Opel"in sürücü hadisə yerindən qaçıb.

Son xəbərlər

Orphus sistemi