Azərbaycanın rayonlarından birində külli miqdarda narkotik aşkarlanıb

Azərbaycanın rayonlarından birində külli miqdarda narkotik aşkarlanıb Saxlanılan şəxs narkotik tərkibli bitkiləri öz həyətində əkib-becərib
Hadisə
12 Sentyabr , 2014 12:29
Azərbaycanın rayonlarından birində külli miqdarda narkotik aşkarlanıb
Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın Kürdəmir rayonunda külli miqdarda narkotik aşkarlanıb. Report-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayonun Yenikənd kənd sakini Həsrət Səmədzadə şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 110 kiloqram olan 30 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 79 qram marixuana aşkar edilərək götürülüb. İstintaq zamanı H.Səmədzadənin əvvəllər də eyni cinayətləri etdiyi üçün məhkum oluduğu məlum olub. Saxlanılan şəxs narkotik vasitələri özü istifadə etməklə yanaşı, satışı ilə də məşğul olub.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi