Azərbaycanda tülkünü vurmaq istəyən şəxs özünü güllələyib

Azərbaycanda tülkünü vurmaq istəyən şəxs özünü güllələyib Ev sahibi əlini itirib
Hadisə
29 Oktyabr , 2014 17:12
Azərbaycanda tülkünü vurmaq istəyən şəxs özünü güllələyib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın Xızı rayonunda güllələnmə hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından "Report"a məlumata görə, hadisə rayonun Şurabad kənd sakini 59 yaşlı Əhmədağa Nəcəfovun həyətində olub.

Belə ki, Ə.Nəcəfov həyətə daxil olan tülkünü ov tüfəngi ilə vurmaq istəyərkən ehtiyatsızlıqdan güllə özünə dəyib. Açılan atəş nəticəsində o, sol əlini itirib. Yaralı ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi