Azərbaycanda toya hazırlaşan gənc dərmandan zəhərlənərək ölüb

Azərbaycanda toya hazırlaşan gənc dərmandan zəhərlənərək ölüb Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb
Hadisə
24 Sentyabr , 2014 17:27
Azərbaycanda toya hazırlaşan gənc dərmandan zəhərlənərək ölüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın Cəlilabad rayonunda dərmandan zəhərlənən gənc dünyasını dəyişib. Cəlilabad Rayon Polis  Şöbəsindən (RPŞ) "Report"a daxil olan məlumata görə hadisə rayonun Zopun kəndində baş verib. Hadisə zamanı 1992-ci il təvəllüdlü Hüseynov Orxan Arif oğlu dərman qəbul etdikdən sonra halı pisləşib. Xəstəxanaya çatdırılan O.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Cəlilabad RPŞ və rayon prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi