​Azərbaycanda silahlı insident baş verib, ölən və yaralanan var

​Azərbaycanda silahlı insident baş verib, ölən və yaralanan var Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
18 Sentyabr , 2014 14:00
​Azərbaycanda silahlı insident baş verib, ölən və yaralanan var
Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın Şəmkir rayonunda silahlı insident baş verib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlandırılan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib. R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə “AKM” markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan “AKM” markalı silah və 16 ədəd patron götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi