Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb

Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb Hadisə Bakı və Xırdalan şəhərlərində qeydə alınıb
Hadisə
19 Sentyabr , 2014 14:12
Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb
Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı və Xırdalan şəhərlərində elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində yaşayan Əli Dadaşov yaşadığı evdə elektrik naqillərini təmir edən zaman cərəyan onu vurub. Ə.Dadaşov hadisə yerində dünyasını dəyişib.

Digər oxşar hadisə zamanı isə Sumqayıt sakini Rafiq Budaqov işlədiyi Xırdalan şəhərində inşa edilən binada elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki hadisə ilə bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi