Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Azərbaycanda 6 bal gücündə zəlzələ olub İnsan tələfatı yoxdur
Hadisə
29 Sentyabr , 2014 09:03
Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın əksər rayonlarında 3-4 bal gücündə hiss edilən zəlzələ olub. Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələnin mərkəzi Qəbələ şəhərindən 22 km şimali-şərqdə olub. Yerli vaxtla saat 06:38-də qeydə alınan zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal qeydə alınıb.

12 kilometr dərinlikdə qeydə alınan zəlzələnin maqnitudası 5,5 olub.

İnsan tələfatı yoxdur.

Son xəbərlər

Orphus sistemi