​Azərbaycanda 10 milyon manatlıq güzəştli kreditin mənimsənilməsi faktlarına görə cinayət işi başlanıb

​Azərbaycanda 10 milyon manatlıq güzəştli kreditin mənimsənilməsi faktlarına görə cinayət işi başlanıb “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb
Hadisə
28 Oktyabr , 2014 17:11
​Azərbaycanda 10 milyon manatlıq güzəştli kreditin mənimsənilməsi faktlarına görə cinayət işi başlanıb
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda külli miqdarda güzəştli kreditin mənimsənilməsi faktlarına görə cinayət işi başlanıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Belə ki, bəzi hüquqi və fiziki şəxslər tərəfindən bankdan alınmış güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməməsi barədə “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə saxta biznes planlar və digər sənədlər tərtib etmiş bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilmiş 10 milyon 666 min 600 manat məbləğində külli miqdarda kreditin təyinatı üzrə istifadə edilməyərək həmin fiziki və hüquqi şəxslər tərəfindən israf edilib mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi