Azərbaycan Daxili İşlər Nazirliyində kadr islahatı həyata keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyində kadr islahatı həyata keçirilib Lənkəran icra başçısının oğluna yeni vəzifə verilib
Hadisə
27 Oktyabr , 2014 12:25
Azərbaycan Daxili İşlər Nazirliyində kadr islahatı həyata keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr islahatı həyata keçirilib. “Report” xəbər verir ki,  nazir general-polkovnik Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı V.Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur. İşdən azad olunan 8-ci Polis Bölməsinin keçmiş rəisi Yaşar Həsənov isə Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi Münasib Həsənovun övladıdır.

Son xəbərlər

Orphus sistemi