​“Azneftkimyamaş” ASC-yə məxsus Maşınqayırma zavodunda yanğın baş verib

​“Azneftkimyamaş” ASC-yə məxsus Maşınqayırma zavodunda yanğın baş verib Hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb
Hadisə
10 Yanvar , 2015 20:56
​“Azneftkimyamaş” ASC-yə məxsus Maşınqayırma zavodunda yanğın baş verib

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın “Azneftkimyamaş” ASC-yə məxsus Suraxanı Maşınqayırma zavodunun ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində olan mühafizə otağında qeydə alınıb.

Otağın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi