"Azneft"in baş mühəndisi: "Xarici mütəxəssislərlə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər planı hazırlanacaq"

"Azneft"in baş mühəndisi: "Xarici mütəxəssislərlə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər planı hazırlanacaq" Hazırda FHN helikopterləri və SOCAR tərəfindən AZAL-dan götürülən helikopterlər işi davam etdirir
Hadisə
9 Dekabr , 2015 16:15
Azneftin baş mühəndisi: Xarici mütəxəssislərlə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər planı hazırlanacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir. 

"Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, hazırda FHN helikopterləri və SOCAR tərəfindən AZAL-dan götürülən helikopterlər işi davam etdirir. O qeyd edib ki, saat 16:00-a olan məlumata görə, axtarışlarda nəticə əldə olunmayıb. Helikopterlərlə yanaşı, Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri də işləri davam etdirirlər. "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur. Həmin gəmilərdən biri yanacaq doldurmaq səbəbindən oradan ayırlacaq, onun yerinə FHN-nin "Vixr" gəmisi işə cəlb olunacaq". 

Baş mühəndis sabah xarici mütəxəssislərə görüş keçiriləcəyini, müzakirələrdən sonra tədbirlər planı hazırlanacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi