“Azərsu” ASC-nin maşını qəzaya uğrayıb, yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

“Azərsu” ASC-nin maşını qəzaya uğrayıb, yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB Minik avtomobili sürüşərək yoldan çıxıb
Hadisə
2 Noyabr , 2015 18:52
“Azərsu” ASC-nin maşını qəzaya uğrayıb, yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

İlk xəbər 18:11-də dərc olunub

Bakı. 2 noyabr. REPORT.AZ/ Ələt - Astara magistral yolunun 200 km-də Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İkinci dərəcəli yoldan əsas yola çıxdığı bildirilən Şilavar kənd sakini, 58 yaşlı Fətulla Abdulovun idarə etdiyi "Mercedes" markalı 90-MZ-590 nömrə nişanlı nəqliyyat vasitəsi Ələt istiqamətində hərəkətdə olan Lənkəran şəhər sakini, 49 yaşlı Arzuman Bəşirovun idarə etdiyi "Ford" markalı "Azərsu"ya aid 90-JU-681 nömrə nişanlı sisternli yük maşını ilə toqquşub. Nəticədə Mersedes yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Ağır xəsarət alan "Mercedes" sürücüsü dərhal Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün baş və qol nahiyəsində kəsilmiş yaralarla bərabər, rentgen müayinəsi zamanı sol oturaq sümüyünün sınığı aşkar olunub.

Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək. 

Faktla bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi