“Azərişıq”: Cəlilabadın dağ kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib

“Azərişıq”: Cəlilabadın dağ kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib "Hazırda Cəlilabadın bütün əraziləri elektrik enerjisi ilə təchiz edilir"
Hadisə
28 Yanvar , 2016 20:02
“Azərişıq”: Cəlilabadın dağ kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Yanvarın 28-də baş verən qəza nəticəsində Cəlilabad rayonunun dağ kəndlərinə elektrik enerjisinin ötürülməsində problem yaranmış xətt üzrə həmin gün saat 16.00-dan etibarən iş rejimi bərpa olunub.

Bu barədə "Report"a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təmir-bərpa işləri başa çatdırılıb və bütün kəndlərə fasiləsiz elektrik enerjisinin verilməsi təmin edilib.

"Hazırda Cəlilabadın bütün əraziləri elektrik enerjisi ilə təchiz edilir", - deyə qurumun məlumatında qeyd olunub.

Xatırladaq ki, bu gün Cəlilabadda 35 min kilovatlıq elektrikötürücü xəttin sıradan çıxması nəticəsində raonun rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi