​"Azərişıq" ASC-nin yarımstansiyasının şaxtasında yanğın olub - FOTO

​"Azərişıq" ASC-nin yarımstansiyasının şaxtasında yanğın olub - FOTO Hadisənin başvermə səbəbləri araşdırılır
Hadisə
9 İyun , 2015 23:01
​Azərişıq ASC-nin yarımstansiyasının şaxtasında yanğın olub - FOTO

Bakı. 9 İyun. REPORT.AZ/ Bu gün axşam saatlarında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "İçərişəhər" metrostansiyası yaxınlığında yerləşən yarımstansiyasının şaxtasında yanğın baş verib.

"Report" xəbər verir ki, yanğını ilk olaraq ərazidəki sakinlər müşahidə ediblər və onlar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını çağırıblar.

Hadisə yerinə dərhal FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğın söndürülüb və hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi