​“Azərenerji” ASC-yə məxsus yarımstansiyada yanğın baş verib

​“Azərenerji” ASC-yə məxsus yarımstansiyada yanğın baş verib Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
8 Noyabr , 2014 09:42
​“Azərenerji” ASC-yə məxsus yarımstansiyada yanğın baş verib
Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 7-dən 8-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonunda “Azərenerji” ASC-yə məxsus gücü 110 kVt olan yarımstansiyanın ərazisində yanğın baş verib.

“Report”un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yarımstansiyanın ümumi sahəsi 12 kv.m olan elektrik otağında 1 ədəd elektrik açarı və 6 p.m çıxış kabelləri yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi