Faktla bağlı 3 nəfər tutulub
Bakı. 2 fevral. REPORT.AZ/ “Azercell” MMC-yə məxsus stansiyadan akkumulyator oğurlanıb.
“Report”un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Muxtarov, Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Əhmədov və Bakı şəhər sakini Ayaz Səmədov tutulublar.
Faktla bağlı araşdırma aparılır.