Azərbaycanlı qızları ərəblərə satan qadın məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanlı qızları ərəblərə satan qadın məhkəmə zalından azadlığa buraxılıb O, 8 il ərzində hüquq-mühafizə orqanlarından gizlənib
Hadisə
26 Oktyabr , 2015 12:09
Azərbaycanlı qızları ərəblərə satan qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubayda fahişəliyə cəlb etməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Gülnarə Musa qızı Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Əkbərzadəyə 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, G.Əkbərzadə 8 il ərzində hüquq-mühafizə orqanlarından gizlənib. O, “İnterpol” xətti ilə axtarışa verilib.

G.Əkbərzadə bu yaxınlarda Dubayda həbs edilib.

G.Əkbərzadənin cinsi istismara məruz qoyduğu Azərbaycan vətəndaşlarından indiyədək 15 nəfərinin adı müəyyən edilib. O, həmin qadınları Dubayda ayrı-ayrı hotellərdə və şəxsi evlərdə satmaqla məşğul olub.

O da məlum olub ki, mütəşəkkil cinayətkar dəstənin rəhbərliyi Azərbaycandan əsasən 20-28 yaş arasında olan gənc qızları apararaq ərəblərə satırmış.

G.Əkbərzadə Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi