Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur

Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur 24 yaşlı Azərbaycan vətəndaşı Elbrus Canmirzəyevin işi məhkəməyə göndərilib
Hadisə
28 Aprel , 2016 11:04
Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur

Bakı. 28 aprel. REPORT.AZ/ 24 yaşlı Azərbaycan vətəndaşı Elbrus Canmirzəyev ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulmasında ittiham olunur.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, müğənni olan E.Canmirzəyeva qarşı cinayət işi Rusiyanın Krasnodar vilayətinin prokurorluğu tərəfindən məhkəməyə göndərilib.

Qəza ötən il dekabr ayının sonlarında Armavir yaxınlığındakı trasda baş verib. Sürücülük vəsiqəsi olmayan müğənni "Lexus" markalı avtomobillə qaranlıq vaxtı eyni istiqamətdə qarşıda hərəkət edən "Skaniya" yük maşınına çırpılıb. Qəza nəticəsində müğənninin 34 yaşlı prodüseri Kamran Əmirov həyatını itirib.

Son xəbərlər

Orphus sistemi