Azərbaycanın rayonlarından birində atılmış iki körpə tapılıb

Azərbaycanın rayonlarından birində atılmış iki körpə tapılıb Onlardan birini nənəsi atıb
Hadisə
19 İyun , 2015 12:49
Azərbaycanın rayonlarından birində atılmış iki körpə tapılıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bərdə rayonunda atılmış iki körpə tapılıb. “Report”un xəbərinə görə, yerli sakinlər körpələrdən birini Bərdə şəhəri, Koroğlu küçəsində aşkar ediblər. Təxminən 8 günlük körpə xəstəxanaya aparılıb.

Bərdədə digər körpəni nənəsi xəstəxanada ataraq gedib. Belə ki, 15 gün öncə dünyaya gələn qız uşağı 60-65 yaşlarında nənəsi (şəxsiyyəti məlum deyil) tərəfindən xəstəxanaya atılıb. Ağcabədi rayonundan gəldiyini deyən qadın günorta saatlarında şəhər poliklinikasının qəbul şöbəsinə gələrək özü ilə gətirdiyi körpənin səhhətində problem olduğunu deyib. Növbətçi həkim uşağa baxarkən, həmin şəxs pul kisəsinin avtomobildə qaldığını deyərək onu götürmək adı ilə həkimin otağından çıxıb. Tibb işçiləri bir neçə saat gözləsələr də, həmin şəxs geri qayıtmayıb.

Hər iki körpə Bərdə şəhər 2 saylı Uşaq Xəstəxanasına göndərilib. Karantin müddəti bitdikdən və səhhətləri tam yaxşılaşdıqdan sonra onlar Gəncə şəhərində yerləşən uşaq evlərindən birinə aparılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır. Polis hər iki körpəni qoyub gedən şəxslərin və onların valideynlərinin müəyyən edilməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi