Azərbaycanın iki rayonunda ət kəsimi məntəqələri bağlanıb

Azərbaycanın iki rayonunda ət kəsimi məntəqələri bağlanıb Havaların isti olması ilə əlaqədar Bərdə və Yevlax rayonlarında ət kəsimi məntəqələrinə nəzarət artırılıb
Hadisə
8 İyul , 2015 14:45
Azərbaycanın iki rayonunda ət kəsimi məntəqələri bağlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Bərdə və Yevlax rayonlarında ət kəsimi məntəqələri bağlanıb. "Report" xəbər verir ki, hər iki rayonda 10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb.

Havaların isti olması ilə əlaqədar Bərdə və Yevlax rayonlarında ət kəsimi məntəqələrinə nəzarət artırılıb. Hər iki rayonun baytarlıq idarəsindən verilən məlumata görə, ət kəsimi yerlərini baytarlar vaxtaşırı yoxlayır.

Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov bildirib ki, rayonda son bir neçə ay ərzində həyata keçirilən yoxlamalar zamanı sanitar normaların pozulması halları aşkarlanıb: "Məsələ ilə bağlı qanun çərçivəsində addımlar atılıb. 6 ət kəsimi obyektinin fəaliyyəti baytar sanitar normaların pozulması səbəbi ilə dayandırılıb".

Bərdədə aparılan yoxlamalar zamanı sanitar normaların pozulması halları da aşkarlanıb ki, bu cur kəsim məntəqələrinə verilən tapşırıqlara baxmayaraq heç bir nəticə olmayıb. Bir neçə tapşırıqdan sonra 4 kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, hər iki rayonda fəaliyyət göstərən ət kəsimi məntəqələrində yoxlamaların bundan sonra da davam etdiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi