Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın iki əməkdar memarı vəfat edib.
"Report" xəbər verir ki, əməkdar memarlar Fikrət Hüseynov və Aqil Əhmədzadə dünyasını dəyişib.
Qeyd edək ki, F. Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlıq layihələndirilməsi və şəhərsalma" kafedrasının müdiri, memarlıq doktoru, professor olub.