Azərbaycanın ədliyyə naziri ölkə üzrə doğum və nikahın statistikasını açıqlayıb

Azərbaycanın ədliyyə naziri ölkə üzrə doğum və nikahın statistikasını açıqlayıb İlin əvvəlindən indiyədək doğumun sayı 130 minə yaxın, nikahın sayı isə 62.500-dən çox olub
Hadisə
21 Noyabr , 2014 14:44
Azərbaycanın ədliyyə naziri ölkə üzrə doğum və nikahın statistikasını açıqlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda doğumun və nikahın sayı artıb. Belə ki, ilin əvvəlindən indiyədək doğumun sayı 130 minə yaxın, nikahın sayı isə 62.500-dən çox olub. “Report”un xəbərinə görə, bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

“Ümumilikdə isə bu ilin 9 ayında 262 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Eyni zamanda, ölkədə xüsusi notariat institutunun geniş tətbiqi notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verib və təkcə 9 ayda notariat əməliyyatlarının sayında artım müşahidə olunaraq, 2,8 milyona yaxın notariat hərəkəti aparılıb. Qeyd olunmalıdır ki, artıq notariat korpusunun 2/3-ni xüsusi notariuslar təşkil edir”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi