Azərbaycanın bir sıra ərazilərində zəlzələ olub - ƏLAVƏ OLUNUB

Azərbaycanın bir sıra ərazilərində zəlzələ olub - ƏLAVƏ OLUNUB Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumat yayacağı gözlənilir
Hadisə
4 Sentyabr , 2015 09:57
Azərbaycanın bir sıra ərazilərində zəlzələ olub - ƏLAVƏ OLUNUB

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın bir sıra ərazilərində zəlzələ olub. “Report”un xəbərinə görə, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında təkanlar qeydə alınıb.

Təkanlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumat yayacağı gözlənilir.

"Azərbaycanın bir sıra ərazilərində zəlzələ olması ilə bağlı hazırda araşdırmalar gedir, o səbəbdən də indi konkret heç nə deyə bilmərik".
Bunu "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli deyib.

O bildirib ki, araşdırmaların nəticələri bir qədər sonra ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi