Komitə sədri: "Azərbaycandan xaricə döyüşməyə gedənlər yox dərəcəsindədir"

Komitə sədri: "Azərbaycandan xaricə döyüşməyə gedənlər yox dərəcəsindədir" "Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil"
Hadisə
6 Fevral , 2015 13:54
Komitə sədri: Azərbaycandan xaricə döyüşməyə gedənlər yox dərəcəsindədir

Bakı. 6 fevral. REPORT.AZ/ "Radikalizmin Azərbaycanda kök atmasına, genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik. Bütün cəmiyyət də buna qarşıdır". "Report " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda kimlərisə toplayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək, eləcə də aparmaq istəyənlər aşkar olunanda onlar qanun qarşısında cavab verirlər: "Bundan sonra onlar haqqında həbs qətimkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, təbii ki, aşkar edilir. Bu işlə aidiyyəti güc strukturları ciddi məşğuldur. Azərbaycandan xaricə gedən adamlara gəlincə, son dövrdə demək olar ki, yox dərəcəsindədir. Belə faktlar artıq yoxdur. Ora gedib qayıdanlar qanun qarşısında cavab verməli olurlar və cavab verəcəklər. Ölkəmizi kimlər üçünsə təcrübə meydanına çevirməyə imkan verməməliyik. Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil. Çünki biz oturuşmuş müsəlman ölkəsiyik".

Son xəbərlər

Orphus sistemi