​Azərbaycanda zəlzələ baş verib

​Azərbaycanda zəlzələ baş verib Yeraltı təkanlar Yardımlıdan 17 km. şimalda qeydə alınıb
Hadisə
12 Yanvar , 2016 08:01
​Azərbaycanda zəlzələ baş verib

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-də Azərbaycan ərazisində 4,6 bal gücündə zəlzələ baş verib.

"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar saat 06:38 radələrində Yardımlı rayonundan 17 km. şimalda, İran-Yardımlı sərhədində 21 km. dərinlikdə qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrdə 3 bala qədər hiss olunub.

İngilis versiyası Quake hits Azerbaijan

Son xəbərlər

Orphus sistemi