Azərbaycanda yol kənarında yeni doğulmuş körpə tapılıb

Azərbaycanda yol kənarında yeni doğulmuş körpə tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Fevral , 2016 14:43
Azərbaycanda yol kənarında yeni doğulmuş körpə tapılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Sabirabad rayonunda sahibsiz çantada yeni doğulmuş körpə tapılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl" adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb və fevralın 4-də onu Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi