Azərbaycanda gənc alimin ölümünə səbəb olan sürücünün cinayət işindəki bir maddəyə xitam verilib

Azərbaycanda gənc alimin ölümünə səbəb olan sürücünün cinayət işindəki bir maddəyə xitam verilib Araşdırmalar davam etdirilir
Hadisə
20 Dekabr , 2014 13:18
Azərbaycanda gənc alimin ölümünə səbəb olan sürücünün cinayət işindəki bir maddəyə xitam verilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini Samir Pişnamazzadənin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə başlanan cinayət işinin istintaqı dayandırılıb. "Report"un məlumatına görə, qəza zamanı "Mercedes" markalı avtomobillə piyada S.Pişnamazzadəni vuran sürücü Gəncə şəhər sakini Məmmədbağır Bağırov barəsində bu maddə üzrə həyata keçirilən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib. Hazırda sürücü M.Bağırov barəsində ancaq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bu il iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini M.Bağırov idarə etdiyi “Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Son xəbərlər

Orphus sistemi