Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində 4,733,250 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə "Report"a ANAMA-nın mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, son bir ayda 155 ədəd Partlamamış Hərbi Sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 296,137,250 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,032-dir.
Minadan zərərçəkənlərin statistikasına gəlincə, qeyd olunan bir ay ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.
Xatırladaq ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.