Azərbaycanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən var
Hadisə
1 Noyabr , 2014
09:56
https://static.report.az/photo/5f9cb133-57fd-45b3-9d07-b3aff363af97.jpg
Bakı. 1 noyabr. REPORT.AZ/ Ağstafa rayonunun Poylu kəndində vətəndaşlara məxsus “PAZ” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.