Azərbaycanda saxta pul kəsən iki nəfər tutulub - FOTO

Azərbaycanda saxta pul kəsən iki nəfər tutulub - FOTO Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
2 Noyabr , 2015 18:54
Azərbaycanda saxta pul kəsən iki nəfər tutulub - FOTO

Bakı. 2 noyabr. REPORT.AZ/ Tərtərdə saxta pul kəsən iki nəfər tutulub. "Report"un məlumatına görə, rayonun Əskipara kənd sakini, 1995-ci il təvəllüdlü Fərid Məmmədli satış məqsədilə saxta pul əskinazları hazırlayıb. 

F.Məmmədli yaşadığı evdə rəngli printerdən istifadə etməklə 1, 5, 10 və 20 manatlıq olmaqla, 600 manat saxta pullar çap edib. 

O, hazırladığı saxta pulların bir hissəsini rayon sakini Səxavət Axundluya satıb. 

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər -  F.Məmmədli və S.Axundlu saxlanılaraq istintaqa cəlb olunub. Polis şöbəsindən "Report"a bildirilib ki, saxlanılan saxta pulların bir qismi ilə rayon marketlərində alış-veriş ediblər. 

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi