Azərbaycanda qoyun oğurluğu edən şəxslər tutulub

Azərbaycanda qoyun oğurluğu edən şəxslər tutulub Hadisə Samux və Cəlilabadda qeydə alınıb
Hadisə
26 Sentyabr , 2015 12:42
Azərbaycanda qoyun oğurluğu edən şəxslər tutulub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda 1 ay bundan əvvəl qoyun oğurluğu edən şəxslər tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Tural Əliyevin həyətindən 6 baş qoyun oğurlayan Samux rayon sakini Turqut Əlizadə, Gəncə şəhər sakinləri Rövşən Musayev, əvvəllər məhkum olunanlar - Ariz Aslanov və Qabil Hüseynov tutulublar.

Digər oxşar hadisə isə Cəlilabadda qeydə alınıb. Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Yadigar Əmirovun həyətindən 3 baş qoyun oğurlayan Uzuntəpə kənd sakinləri Rafət Cəfərov və Əli Yolçiyev tutulublar.

Son xəbərlər

Orphus sistemi