​Azərbaycanda qonşular arasında kütləvi davada yaşlı qadın xəsarət alıb - FOTO

​Azərbaycanda qonşular arasında kütləvi davada yaşlı qadın xəsarət alıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Oktyabr , 2015 10:54
​Azərbaycanda qonşular arasında kütləvi davada yaşlı qadın xəsarət alıb - FOTO

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qaxda qonşular arasında baş verən kütləvi dava yaşlı qadının xəsarət alması ilə nəticələnib. "Report"un məlumatına görə, hadisə rayonun Baydarlı kəndində baş verib.
Belə ki, kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"a bildirilib ki, K.Bəbəşova baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən aldığı çoxsaylı xəsarətlə Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib və sonda K.Bəbəşovanın döyülməsi ilə nəticələnib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi